İsrail ordusu cümə namazından sonra işğal altındakı Qərb Şəriyədə, Beytləhmin qərbində yerləşən Husan kəndindəki bir məscidi mühasirəyə alıb.
Turkustan.az xəbər verir ki, Husan Kənd Şurasının rəhbəri Rami Hamamira bildirib ki, İsrail əsgərləri kəndin girişində yerləşdirilib və sonra ibadət edənlərin Əbu Bəkr Siddiq məscidindən çıxmasının qarşısını alıblar.
Hamamira bildirib ki, İsrail əsgərləri yaxınlıqdakı binalardan da atəş açıb və səs qumbaralarını partladıblar. O, əsgərlərin məscidin içərisində ibadət edənlərə fiziki hücum etdiyini və bir çox insanı döydüyünü vurğulayıb.
Hamamira həmçinin qeyd edib ki, basqın və blokada israillilərin Fələstin torpaqlarını ələ keçirdiyi Qərb Şəriyədəki fələstinlilərə qarşı hücumları ilə üst-üstə düşüb.
Aytən Yaşar/ Turkustan.az