Rusiyanın müdafiə naziri Andrey Belousov NATO-nun 2030-cu ilə qədər Rusiya ilə mümkün hərbi münaqişəyə hazır olmağı planlaşdırdığını bildirib və əlavə edib ki, "Biz təhdid etmirik, bizi təhdid edirlər".
Turkustan.az xəbər verir ki, Belousov Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı Müdafiə Nazirliyi rəsmilərinin genişləndirilmiş iclasında çıxış edib .
Belousov Ukraynada "xüsusi hərbi əməliyyat"ın məqsədlərinə çatmaq və Rusiya Silahlı Qüvvələrinin uzunmüddətli dövrdə lazımı döyüş hazırlığı səviyyəsini qorumaq üçün bütün şəraitin yaradıldığını bildirərək əlavə edib: "Baş Komandan tərəfindən qoyulan bütün tapşırıqlar həm qısa, həm də uzunmüddətli perspektivdə yerinə yetirilməyə hazırdır".
Belousov Rusiya hərbi birləşmələrinin Ukraynadakı cəbhə xəttində irəliləmə sürətinin ötən illə müqayisədə 1,5-2 dəfə artdığını qeyd edərək, Krasnoarmeysk (Pokrovsk) şəhərinin nəzarətini ələ keçirdiklərini bildirib.
AYtən Yaşar/ Turkustan.az