Ukrayna: Kupyanskın 90 faizini geri almışıq


Ukrayna Baş Qərargah rəisi Aleksandr Sırski Xarkov vilayətindəki Kupyansk şəhərinin təxminən 90 faizinə nəzarəti bərpa etdiklərini açıqladı.

Turkustan.az xəbər verir ki, Sırskiy sosial media hesabında paylaşım edərək Rusiya-Ukrayna müharibəsindəki son hadisələri qiymətləndirib.

Sırskiy Rusiya ordusunun cəbhə xəttində hücumlarını davam etdirdiyini və bəzi ərazilərdə Rusiya ordusuna qarşı əks-hücumlar həyata keçirdiyini bildirdi.

Xarkov vilayətinin Kupyansk şəhərində davam edən qarşıdurmalarla bağlı məlumat paylaşan Sırski aşağıdakıları qeyd etdi:

"Aktiv axtarış və hücum əməliyyatları sayəsində işğalçıları Kupyanskdan qovmağı və şəhər ərazisinin təxminən 90 faizini nəzarətə götürməyi bacardıq."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ