Almaniyada Büdcə Komitəsi növbəti bir neçə il üçün müdafiəyə 50 milyard avro ayrılmasını təsdiqlədi.
Turkustan.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, 21 milyard avro 460 min əsgərin geyim və avadanlıqlarına xərclənəcək.
“Patriot” hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə 1,5 milyard avro, “Puma” zirehli döyüş maşınlarının sayının artırılmasına isə 4,2 milyard avro ayrılacaq.
Almaniya kansleri Fridrix Merz bildirib ki, Avropanın təhlükəsizliyi Ukraynanın taleyi və təhlükəsizliyi ilə ayrılmaz şəkildə bağlıdır.
Baş nazir Merz Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) sammitindən əvvəl Federal Parlament üzvləri qarşısında çıxış edib.
Merz Rusiyanın yalnız Ukraynaya qarşı müharibə aparmadığını iddia edərək, "Avropanın təhlükəsizliyi Ukraynanın taleyi və təhlükəsizliyi ilə bağlıdır; onlar ayrılmazdır" dedi.
Merz vurğulayıb ki, davamlı sülh Ukraynanın və ya Avropanın təhlükəsizliyi üçün "heç bir qiymətə əldə edilə bilməz və edilməməlidir" və buna Ukraynanı birtərəfli və qəbuledilməz ərazi güzəştlərinə məcbur etməməyi də daxildir.
Aytən Yaşar/ Turkustan.az