ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) orduda əsas qüvvələr komandanlıqlarının səlahiyyətlərini azaldacaq, onları yenidən quracaq və ən yüksək komandanlıq səviyyələrində güc balansını yenidən təşkil edəcək bir plan hazırladığı iddia edilib.
Turkustan.az xəbər verir ki, “Washington Post” qəzetinin adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Pentaqon əsas hərbi komandanlıqların səlahiyyətlərini azaltmaqla və ali komandanlıq strukturu daxilində güc balansını yenidən təşkil etməklə onları yenidən qurmağı planlaşdırır.
Hesabatda planın ABŞ müdafiə naziri Pit Heqsetin xahişi ilə hazırlandığı və ordudakı dəyişikliklərin prezident Donald Tramp administrasiyasının resursları Yaxın Şərq və Avropadan yayındırmaq səylərinin bir hissəsi olduğu bildirilir.
Hesabatda vurğulanır ki, planın bir hissəsi olaraq, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM), Avropa Komandanlığının (EUCOM) və Afrika Komandanlığının (AFRICOM) səlahiyyətləri azaldılacaq və onlar "ABŞ Beynəlxalq Komandanlığı" adlı yeni bir strukturda birləşdiriləcək.
Aytən Yaşar/ Turkustan.az