İrana qarşı misli görünməmiş hücum başladı


“B-2 Spirit” strateji gizli bombardmançıları “Epik Qəzəb” Əməliyyatının bir hissəsi olaraq döyüş missiyası yerinə yetirmək üçün havaya qalxıb.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Qeyd olunub ki, bu ABŞ tərəfindən atılan mühüm addımdır və İran indiyə qədər heç görülmədiyi sərt hücuma məruz qalacaq.

Məlumata görə, missiyanın məqsədi təkcə İran rejiminin yaratdığı mövcud təhlükəni neytrallaşdırmaq deyil, həm də gələcəkdə hərbi imkanlarını bərpa etmək qabiliyyətini pozmaqdır.

CENTCOM əməliyyatın regiondakı təhdidlərin qarşısını almaq üçün daha geniş səylərin bir hissəsi olduğunu və İranın hərbi infrastrukturuna uzunmüddətli ziyan vurmağı hədəflədiyini vurğulayıb. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ