Tramp Zelenskinin köməyindən İMTİNA ETDİ


ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı Ukraynanın dron müdafiəsi ilə bağlı köməyinə ehtiyacı yoxdur.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

O, "Fox News"a verdiyi müsahibədə Kiyevin İrana qarşı Vaşinqtona bu cür yardım göstərmək istəyini şərh edərkən deyib:

"Xeyr. Dronlardan müdafiə üçün köməyə ehtiyacımız yoxdur".

"Biz dronlar haqqında hər kəsdən daha çox şey bilirik. Əslində, dünyanın ən yaxşı dronları bizdədir", - deyə Tramp qeyd edib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ