İran İsrailə qarşı yeni raket hücumları başlatdığını açıqladı


İran İsrailə qarşı yeni raket hücumları dalğası başlatdığını açıqladı.

Turkustan.az xəbər verir ki, sirenlər yenidən İsrailin bir çox şəhərində səslənib.

İran dövlət televiziyası bildirib ki, "İşğal olunmuş ərazilərə qarşı yeni raket hücumları dalğası başlayıb".

Hücumun təfərrüatları Silahlı Qüvvələrin Mətbuat Xidməti tərəfindən açıqlanacağı bildirilib.

İsrail ordusu verdiyi açıqlamada raketlərin İrandan atıldığını və hava hücumundan müdafiə sistemlərinin onları ələ keçirməyə çalışdığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ