Livan ərazisinin 10%-dən çoxu İsrail işğalı təhlükəsi altındadır


Livanın 10.452 kvadrat kilometrlik ərazisinin 10%-dən çoxu İsrail ordusunun hücumu və işğalı təhlükəsi altındadır.

Turkustan.az xəbər verir ki, İsrail ordusu Tel-Əviv və Vaşinqtonun 28 fevralda İrana qarşı hava hücumlarından bir neçə gün sonra, 2 mart Bazar ertəsi günü paytaxt Beyrut da daxil olmaqla Livanın bir çox şəhər və qəsəbələrinə hava hücumları təşkil edib.

Hizbullahı hədəf aldığını iddia edən, lakin hücumlarının əksəriyyətini mülki ərazilərə yönəldən İsrail ordusu, 4 mart çərşənbə günü Livanın cənubundakı Litani çayına qədər ərazinin tamamilə və dərhal boşaldılmasını tələb etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ