ABŞ administrasiyasının İraqda atəş altında olan şəxsi heyətini təxliyə etməkdə çətinlik çəkdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, ABC-yə danışan ABŞ rəsmisi Yaxın Şərqdəki personalın öz ölkələrini tərk etmələri üçün çox az vaxt verildiyini bildirib və əlavə edib ki, İraqdakı vəziyyət gözləniləndən daha sürətlə pisləşir.
Rəsmi şəxs bildirib ki, səfirlik işçilərinin Bağdaddan təxliyəsi üçün planlaşdırılan uçuş təhlükəsizlik səbəbləri ilə dəfələrlə təxirə salınıb.
Digər tərəfdən, rəsmilər bildiriblər ki, Ərbildəki ABŞ konsulluğunda çalışan personal İranın hücumu zamanı sığınacaq tapmağa məcbur olub və nəticədə Britaniya Kral Hərbi Hava Qüvvələri tərəfindən ölkədən təxliyə ediliblər.
Aytən Yaşar/ Turkustan.az