İran Ankaranın gözlədiyi açıqlamanı yaydı: Üçüncü raket qalmaqalı


İrandan atıldığı iddia edilən raket Türkiyə hava məkanında tutularaq məhv edildikdən sonra İranın Ankaradakı səfirliyi yazılı açıqlama yayıb.

Turkustan.az xəbər verir ki, səfirliyin bəyanatında deyilir:
"Türkiyə hava məkanına daxil olan sursatlarla bağlı yayılan xəbərlərin ardından vurğulamaq istəyirik ki, İrandan Türkiyəyə heç bir sursat atılmayıb."

Bu açıqlama regionda gərginliyin artdığı bir vaxtda yayımlanıb və İrana aid raket iddialarına rəsmi münasibət kimi təqdim olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ