İsrail mediası iddia edir ki, İran rejimində dəyişiklik ehtimalı aşağıdır və ABŞ İsrailə İrana qarşı hücumları dayandırmaq üçün bir həftə vaxt verib.
Turkustan.az xəbər verir ki, “Israel Hayom” qəzetinin regional siyasi mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar bir həftə ərzində başa çata bilər.
Xəbərdə qeyd olunur ki, istinad edilən siyasi mənbə İran rejimində dəyişiklik ehtimalının hazırda çox aşağı olduğunu bildirib. Mənbənin sözlərinə görə, ABŞ İsrailə hücumları dayandırmaq üçün cəmi bir həftə vaxt verib.
O, həmçinin vurğulayıb ki, İranda rejim dəyişikliyinin baş verməsi ya quru hərbi əməliyyatların başlanmasını, ya da ölkə daxilində yenidən genişmiqyaslı etirazların baş qaldırmasını tələb edir. Mənbə əlavə edib ki, bu ssenarilərin yaxın gələcəkdə baş verməsi real görünmür.
Aytən Yaşar/ Turkustan.az