İranda hərbi əməliyyat dayandırılsa, ABŞ və İsrail nə edəcəklər? - GİZLİ PLAN


Müttəfiqlər hərbi əməliyyatları dayandırmaq qərarına gələrsə, ABŞ və İsrail İran rəhbərliyinə qarşı onun ərazisində gizli əməliyyatlara keçməyi və İslam Respublikasına xarici iqtisadi təzyiqi əhəmiyyətli dərəcədə artırmağı planlaşdırırlar.

Turkustan.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırkı genişmiqyaslı hərbi əməliyyatın məqsədlərinə çatmaqda çətinliklər yarandığı bir vaxtda ABŞ və İsrail rəhbərliyi İran hökumətinə qarşı mübarizədə alternativ variantları nəzərdən keçirir. İran daxilində təxribat, gizli sui-qəsdlər və digər gizli əməliyyatlar aparmaq ölkədəki vəziyyəti sabitləşdirmək məqsədinə çatmağa kömək edəcək seçimlər sırasında göstərilir. Vaşinqton, həmçinin iqtisadi sanksiyaların sərtləşdirilməsini və ərəb ölkələrinin də buraya daxil edilməsini İranda kütləvi narazılığa səbəb ola biləcək təsirli bir üsul hesab edir./oxu.az


MANŞET XƏBƏRLƏRİ