İsrail və ABŞ- ın İrana qarşı ilk hücumu və ardınca Tehran rejiminin bölgədəki demək olar ki, bütün ölkələrə qarşı qisas zərbələri ilə başlayan müharibə yeni bir ölçü qazandı.
Turkustan.az xəbər verir ki, ilk günlərdə ballistik raketlər, kamikaze dronları və çox intensiv hava hücumları aparıcı rol oynadı. Lakin İranın " Hörmüz boğazından keçən hər bir gəmini vuracağıq " bəyanatı ilə başlayan yeni mərhələ müharibənin gedişatını dəyişdirdi.
Bu arada, bu yaxınlarda İsrail Baş naziri Binyamin Netanyahunu qucaqladığı ilə xəbər manşetlərinə çıxan Hindistan Baş naziri Narendra Modi İran prezidenti Məsud Pezeşkiandan Hindistan gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməsini istəyib.
Modinin xahişi diplomatik kanallar vasitəsilə İran hökumətinə çatdırılıb. Lakin İran prezidenti Məsud Pezeşkian xahişi nəzərə almadan rədd edib.
Aytən Yaşar/ Turkustan.az