“Ermənistanın Müstəqillik Bəyannaməsi müstəqillik deyil, münaqişə bəyannaməsidir”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.
“Hakim “Vətəndaş Müqaviləsi” Partiyası yeganə qüvvədir ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməli olduğunu, bunun münaqişə, qarşıdurma bəyannaməsi olduğunu bəyan edir. Biz vətəndaşlarımızın rifahı və azadlığını təmin etmək üçün həmin bəyannamə ilə dövlət yaratmırıq, əksinə, onu parçalanması üçün zəmin yaradırıq.
Bu qərarı indi - siyasi meydan faktiki olaraq bu məntiq üzrə formalaşdığı vaxtda aydın şəkildə qərar verməliyik: sülh tərəfdarı olan siyasi qüvvə, yoxsa müharibə tərəfdarı olan siyasi qüvvə? Birinci deyir ki, “Qarabağ hərəkatı”nı davam etdirməməliyik, ikinci isə faktiki olaraq birbaşa və ya dolayı şəkildə bildirir ki, “Qarabağ hərəkatı”nı davam etdirməliyik”, - baş nazir vurğulayıb.
Qeyd edək ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib./teleqraf