İranda kapitulyasiyanı elan edəcək kimsə yoxdur – Tramp


ABŞ Prezidenti Donald Tramp onlayn görüş zamanı G7 liderlərinə İranın təslim olmaq üzrə olduğunu bildirib.

Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Mən hamımızı təhdid edən xərçəngdən qurtuldum”, – Tramp bildirib.

Məlumata görə, Tramp Tehranda kapitulyasiya qərarı vermək səlahiyyəti olan sağ məmurun qalmadığını iddia edib:

“Orada kimin rəhbər olduğunu heç kim bilmir, ona görə də kapitulyasiyanı elan edəcək heç kim yoxdur”.

Nəşr qeyd edib ki, Trampın çıxışı İranın yeni ali dini lideri Müctəba Xameneinin dünənki müraciətindən əvvəl edilib.


MANŞET XƏBƏRLƏRİ