ABŞ prezidenti Donald Tramp Qəzza Sülh Komitəsinin üzvlərinin 2026-cı ilin əvvəlində açıqlanacağını bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evdə iş adamları ilə görüşdən sonra jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırıb.
Qəzzada xidmət edəcək Sülh Komissiyasının üzvlərini nə vaxt elan edəcəkləri ilə bağlı suala Tramp, "Gələn ilin əvvəlində bunu edəcəyik. Sülh Komissiyası indiyə qədər olan ən böyük komissiyalardan biri olacaq. Hər kəs bu komissiyada olmaq istəyir. Əsasən, ən mühüm ölkələrin liderləri bu komissiyada olacaq" cavabını verib.
Sülh Şurası ABŞ prezidenti Trampın oktyabrın 9-da açıqladığı və noyabrın 18-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) təsdiq etdiyi 20 bəndlik sülh planına daxil olan bəndlərdən biri kimi önə çıxır.
Aytən Yaşar/ Turkustan.az