İlham Əliyev iki fərman imzaladı


Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" 22 may 2020-ci il tarixli fərmanında dəyişiklik edib.

Turkustan.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Zonanın yaradılması prosesində İqtisadiyyat Nazirliyinin tərtib etdiyi "Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt azad iqtisadi zonasına ayrılması nəzərdə tutulan (V hissə) 1453,09 hektar torpaq sahəsinin yerquruluşu planı da nəzərə alınacaq.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

xxx

Azərbaycanda "Ərzaq təminatı xəritəsi" informasiya sistemi yaradılır.

Turkustan.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, informasiya sistemi ölkədə ərzaq təminatı sahəsində mövcud vəziyyətin müəyyən edilməsini, bunun əsasında qərarların qəbul edilməsi üçün etibarlı və dayanıqlı informasiyanın yaradılmasını, toplanılmasını, işlənilməsini, saxlanılmasını, axtarışını və məlumatlara əlçatanlıq səviyyəsinin artırılmasını təmin edəcək.

Sistemin sahibi və operatoru funksiyalarını İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Nazirlər Kabineti informasiya sistemi haqqında əsasnaməni üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi isə sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.


MANŞET XƏBƏRLƏRİ