İranın paytaxtı Tehranda havanın çirklənməsinin 22 faizinə motosikletlər cavabdehdir.
Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Tehran Bələdiyyə Şurasının sədri Mehdi Çəmran bələdiyyə şurasının iclasında çıxış edib.
"Motosikllər Tehranda hava çirkliliyinin 22 faizini təşkil edir. Motosikllərin elektrikə çevrilməsi çirklənmənin azaldılmasında və təhlükəsizliyin artırılmasında təsirli olacaq", - Çemran bildirib.
İran Baş Təhlükəsizlik İdarəsinin Trafik Koordinasiyası İdarəsinin rəis müavini Məhəmməd Baqer Səlimi aprel ayında paytaxt Tehranda 4 milyondan çox motosiklet olduğunu, onların 92 faizi köhnə modellər olduğunu və bir çoxunun heç bir trafik qeydiyyatı olmadığını bildirmişdi.
Havanın çirklənməsi ilə əlaqədar bu gün və sabah Tehranda məktəblərdə distant təhsilin keçiriləcəyi açıqlanıb.
Aytən Yaşar/ Turkustan.az