Rusiya NATO üzərində üstünlük qazandı - ABŞ yardım edib


Finlandiya mediası ABŞ prezidenti Donald Trampın təqdim etdiyi 28 bəndlik sülh planını Rusiyanın NATO-nu tamamilə alçaltdığına dair dəlil kimi qiymətləndirib.

Turkustan.az xəbər verir ki, bu barədə Finlandiyanın “Helsingin Sanomat” qəzeti məlumat yayıb.

Qəzet Trampın 28 bəndlik planını şərh edərək yazıb ki, bu sənəd Rusiyanın NATO-nun mövqeyini tamamilə alçaltdığının sübutu hesab olunur.

Bildirilib ki, Moskva dəfələrlə NATO-nun Rusiyanın qərb sərhədlərindəki fəaliyyətinin görünməmiş səviyyələrə çatdığını vurğulayıb.

“Moskva NATO-nun "Rusiya təcavüzünün qarşısını almaq" bəhanəsi ilə səylərini genişləndirdiyini qeyd edib. Alyansın Avropada qüvvələrinin artırılması narahatlıq mənbəyidir. Kreml bildirib ki, Rusiya heç kimə təhlükə yaratmır, lakin öz maraqları naminə potensial təhlükəli hərəkətləri görməzdən gəlməyəcək”, - qəzetdə qeyd olunub.

“Tampere” Universitetinin professoru Tuomas Forsberq isə ABŞ-ın hərəkətlərinin NATO-nun dağılmasına səbəb ola biləcəyini iddia edib: “Əgər NATO dağılarsa, bunun səbəbi belə hərəkətlər olacaq”./publika.az


MANŞET XƏBƏRLƏRİ