Qax Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi ilə bağlı mətbuatda yayılan məlumatlar təkzib edilib.
Qax Rayon İcra Hakimiyyəti başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, Təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə hər hansı yeni təyinat olmayıb:
“Təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə heç bir təyinat yoxdur. Sürücü Kamran Orucov əvvəlki kimi öz işində davam edir. Mətbuatda yer alan məlumatlar düzgün deyil”, – deyə o qeyd edib.
Xatırladaq ki, mətbuatda Kamran Orucovun sürücü vəzifəsindən azad edilərək Təsərrüfat işləri üzrə baş mütəxəssis təyin edilməsi, onun yerinə isə Səxavət Əhədovun gətirilməsi barədə məlumatlar dərc olunmuşdu.
Qax RİH bu məlumatların doğru olmadığını rəsmən açıqlayıb.
xxx
Qax Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Turkustan.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı Elvin Paşayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Kamran Orucov baş mütəxəssis-sürücü vəzifəsindən azad olunub və o, indiyədək vakant olan təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilib.
Baş mütəxəssis-sürücü vəzifəsinə isə Səxavət Əhədov təyinat alıb. O, bundan əvvəl də E.Paşayevin Göygöl Rayon İcra Hakimiyyətində sürücüsü olub.
Xatırladaq ki, Elvin Paşayev noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.