“Məhkəmədə görüşərik!” – Samirə Əfəndi qalmaqalı böyüyür


Müğənni Samirə Əfəndi Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı barədə məhkəməyə müraciət edəcəyini deyib. O, səbəb kimi haqqında səsləndirilən fikirləri göstərib.

Qeyd edək ki, partiya sədri sosial şəbəkə hesabında ifaçının Ermənistan təmsilçisi Saro Gevorkyana 12 xal verməsini sərt qarşılayıb.

Globalinfo.az-a danışan Akif Nağı deyib ki, məhkəməyə müraciət etmək hər bir Azərbaycan vətəndaşının haqqıdır:

“Onun öz ixtiyarıdır, məhkəməyə vermək istəyirsə, etsin. O zaman məhkəmədə görüşərik. Çünki müğənni bu addımı ilə şəhidlərimizi, şəhid analarını, qazilərimizi təhqir etmiş oldu. Qazi qızı olduğunu bildirir, amma qazinin qızı belə hərəkət etməzdi”.

Xatırladaq ki, Qazaxıstanın paytaxtı Astana şəhərində beynəlxalq musiqi müsabiqəsi keçirilib. Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Gevorkyana 12 bal verib. Daha sonra o, Saro Gevorkyanı qucaqlayaraq bağrına basıb.


MANŞET XƏBƏRLƏRİ