Ukraynada vəziyyət ağırdır, müharibə dalana dirənib. Rəsmi Kiyev nə müharibəni davam etdirə, nə də onu bitirə bilmir.
Turkustan.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
Onun sözlərinə görə, bəzi qüvvələr Gürcüstanda da məhz belə bir vəziyyətin olmasını istəyirdilər. Amma hökumət və gürcü xalqı buna imkan verməyib.
"Xarici qüvvələr, daxili müxalifət və bəzi QHT-lər bizi müharibəyə sürükləyirdi. O zaman biz deyirdik ki, biz gürcülər belə müharibələrin necə başladığını və necə bitdiyini acı təcrübəmizdən bilirik. Ona görə də Gürcüstan hökuməti xüsusilə ehtiyatlı davranırdı, çünki biz belə bir dağıdıcı müharibənin astanasında dayanmışdıq. Biz bunun qarşısını aldıq", - Papuaşvili vurğulayıb. /axar.az/