ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq üçün 28 bəndlik “sülh planı”nı irəli sürmək üçün ABŞ ordusunun katibi Daniel Driskolu yeni xüsusi nümayəndə təyin edib.
Turkustan.az xəbər verir ki, bu barədə “The Guardian” öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edildiyi kimi, bir qrup generalın da daxil olduğu yüksək rütbəli Amerika hərbi rəsmilərindən ibarət nümayəndə heyəti gələn həftənin sonunda Moskvaya səfər etməyi planlaşdırır. Səfərin məqsədi birbaşa Rusiya nümayəndələri ilə ABŞ-ın “sülh planı”nın təfərrüatlarını müzakirə etmək olacaq.
Nəşrin mənbəsi qeyd edir ki, Tramp bu planı həyata keçirmək üçün Driskolu özünə xüsusi nümayəndə təyin edib.
“Tramp özünün yeni xüsusi nümayəndəsi vəzifəsinə Dee Vance dostu və keçmiş sinif yoldaşı olan Driskolu təyin edib”, - məlumatda deyilir.
Aytən Yaşar/ Turkustan.az