“Bu Ukraynaya qarşı xəyanətdir, Putin kənardan gülür” – Consondan xəbərdarlıq


Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ-ın Ukrayna üçün təklif etdiyi “sülh planı”nı kəskin tənqid edib.

Turkustan.az xəbər verir ki, o, bu barədə Daily Mail qəzetindəki məqaləsində yazıb.

Consonun sözlərinə görə, Putin kənardan rəqiblərinin səriştəsizliyinə və Qərbin zəifliyinə baxıb gülümsəyir.

“Ukraynanı fəth etməyə çalışarkən bir milyondan çox əsgər itirdiniz. Siz hələ də ölkə ərazisinin 20 faizindən çoxunu ələ keçirə bilməmisiniz. İqtisadiyyatınız dağınıq vəziyyətdədir. Və buna baxmayaraq, indi müharibəyə son qoymaq üçün hansısa yeni 28 maddəlik plandan danışırlar. Bu plan tamamilə Kreml tərəfindən yazıla bilər”, – Conson qeyd edib.

“Sülh planı Ukraynanın NATO üzvlüyünə Rusiyanın veto qoymasını və istənilən xarici qoşunların ölkəyə daxil olmasına Moskvanın nəzarətini tələb edir. Bu sənəd Ukraynaya qarşı tam xəyanətdir və ölkə üçün daim üçüncü işğal təhlükəsi deməkdir.

O, həmçinin iddia edir ki, Qərb ölkələrinin bu plana qarşı etirazları effektiv görünmür.

“Ukraynalılara bu utancverici şərtlər altında danışıqlara başlamaq üçün ultimatum verilib. Onların müttəfiqləri haradadır? ” – Conson ironiya ilə vurğulayıb. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ