Ukrayna: ABŞ-ın sülh planı yaxın günlərdə İsveçrədə müzakirə olunacaq


Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırladığı “sülh planı”nın yaxın günlərdə İsveçrədə müzakirə olunacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Umerov sosial media hesabında ABŞ-ın müharibəni bitirmək üçün təklif etdiyi “sülh planı”nın Ukrayna və ABŞ-ın yüksək səviyyəli rəsmiləri tərəfindən müzakirə ediləcəyini bildirib.

Sülh planının mümkün parametrlərini müzakirə etmək üçün yaxın günlərdə İsveçrədə ABŞ nümayəndə heyəti ilə görüşəcəklərini qeyd edən Umerov, "Ukrayna bu prosesə öz maraqlarını aydın şəkildə anlayaraq yanaşır" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ