Orban: Ukrayna münaqişəsi dönüş nöqtəsinə çatıb


Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Budapeşt uzun müddətdir Ukraynada münaqişənin mümkün qədər tez dayandırılmasının tərəfdarıdır.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya–Ukrayna münaqişəsi və bu mövzuda Avropa İttifaqı ölkələri arasında yaranmış fikir ayrılıqları “dönüş nöqtəsinə” çatıb.

Baş nazir Facebook-da yazıb:
“Biz çıxılmaz vəziyyətdən çıxa bilərik və nəhayət, bütün Avropa, o cümlədən Brüsseldəki bürokratlar ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsünü dəstəkləyə bilər.”

Orban qeyd edib ki, Macarıstan uzun müddətdir münaqişənin sürətli şəkildə dayandırılmasını müdafiə edir.

O, daha əvvəl Avropa Komissiyasının Ukraynaya dəstək üçün təklif etdiyi 135 milyard avroluq yeni kredit paketini də tənqid etmiş və “Avropa ölkələrinin indiki sakinlərinin nəvələri belə bu borcu ödəmək məcburiyyətində qala bilər” demişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ