Rusiya Ukraynada yenə mülki şəxsləri hədəf aldı.
Turkustan.az xəbər verir ki, Zaporojyada noyabrın 20-də axşam saatlarında Rusiyanın idarə olunan hava bombaları ilə endirdiyi zərbə nəticəsində yaralananların sayı 9 nəfərə çatıb. Beş nəfər ölüb.
"Rusiyanın Zaporojyeni atəşə tutması nəticəsində artıq 9 nəfər yaralanıb ", - xilasedicilər yazıb.
Bildirək ki, bundan əvvəl səkkiz nəfərin yaralandığı məlum olub . Ən azı beş hündürmərtəbəli binaya və ticarət mərkəzinə ziyan dəyib.
Aytən Yaşar/ Turkustan.az