İsrailli nazirdən BMT-yə Etiraz: “Bu yaxşı qərar deyil”


İsrailin irs naziri Amihai Eliyahu ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim etdiyi və bu gün səsverməsi gözlənilən Qəzza qətnaməsindən narahat olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, daha əvvəl Qəzzaya nüvə bombası atma təhlükəsi ilə gündəmə gələn İsrailli nazir radio proqramında BMGK-da keçiriləcək səsvermə ilə bağlı açıqlamalar verib.

İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin Yəhudi Gücü partiyasının üzvü Eliyahu, "Mən çox narahatam. Bu yaxşı qərar deyil" dedi.

Fələstin xalqının varlığını inkar edən Eliyahu “Fələstin xalqı” ifadəsinin uydurma olduğunu və Fələstin Dövlətinin qurulmasının mümkün olmadığını müdafiə etdi.

İşğal altındakı İordan çayının qərb sahilinin ilhaqı ideyasının real olub-olmadığını soruşduqda Eliyahu, "2000 ildən sonra dövlət qurmaq real idimi? Bu, real deyildi, amma biz xəyal quran bir xalqıq" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ