Rusiya hipersəs raketləri ilə hücuma keçdi


Rusiyanın 3 hipersəs raketi və 135 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hücumlar təşkil etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Ukrayna Ordusu Hərbi Hava Qüvvələri Komandanlığından verilən yazılı açıqlamada, Rusiyanın gecə saatlarında ölkəyə raket və PUA ilə hücum etdiyi bildirilib.

Açıqlamada bildirilib ki, hücumda 3 ədəd “Kinjal” tipli hipersəs raketi və 135 PUA-dan istifadə edilib, 2 raket və 91 PUA havada məhv edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ