Kremlin sözçüsü Dmitri Peskov beynəlxalq hüququn dünyanın bəzi yerlərində “acınacaqlı” hala gəldiyini söyləyib.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada baş verənlərlə bağlı jurnalistlərin bəzi suallarını cavablandırıb.
Şimali Koreya əsgərlərinin Kursk bölgəsindəki mina təmizləmə əməliyyatlarında iştirakı ilə bağlı sualı cavablandıran Peskov, "Bu yardımı heç vaxt unutmayacağıq. Bu təhlükəli iş davam edir və koreyalı dostlarımız bizə kömək edir. Bunu çox yüksək qiymətləndiririk" deyib.
ABŞ-ın Venesuela yaxınlığında artan hərbi fəaliyyətini şərh edən Peskov, "Beynəlxalq hüquq hazırda dünyanın bir çox yerində acınacaqlı vəziyyətdədir. Ümid edirik ki, Karib hövzəsi və Venesuelada vəziyyətin sabitliyini pozacaq heç bir addım atılmayacaq. Ümid edirik ki, hər şey beynəlxalq hüquq normalarına uyğun olacaq"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az