Pokrovskda bu qədər ərazi ruslardan təmizləndi


Ukrayna qoşunları Pokrovsk şəhərinin müdafiəsini davam etdirir. Hazırda Rusiya ordusunun şəhərə nəzarəti ələ keçirməsi və ya Ukrayna Müdafiə Qüvvələrini mühasirəyə almasından söhbət getmir.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski məlumat verib.

"Bu məqsədlə mən Pokrovsk bölgəsinə getdim. Komandirlərlə birlikdə əvvəllər müəyyən edilmiş tapşırıqların nəticələrinə diqqət yetirdik və gələcək tədbirləri planlaşdırdıq", - Sırski qeyd edib.

Onun sözlərinə görə, Pokrovsk şəhəri Rusiya ordusunun hücumunun əsas istiqaməti olaraq qalır:

“Son 7 gün ərzində axtarış-zərbə əməliyyatları nəticəsində Donetsk vilayətinin Pokrovsk rayonundan 7,4 kvadrat kilometr ərazi təxribat və kəşfiyyat qruplarından təmizlənib”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ