Gülün ingiliscə yazısı diqqət çəkdi: Çox böyük biabırçılıq olardı


Tunisdə “dövlət təhlükəsizliyinə qarşı sui-qəsd”lə bağlı aparılan istintaqla bağlı çoxlu sayda insan həbs edilib.

Turkustan.az xəbər verir ki, aprelin 17-də evinə basqın edilən və iclasda söylədiyi fikirlərə görə "ictimaiyyəti vətəndaş müharibəsinə sövq etmək" ittihamı ilə saxlanılan Ənnahda lideri Rəşid əl-Qannuşi haqqında da həbs qərarı çıxarılıb. Qərar milli və beynəlxalq etirazlara səbəb olub.

11-ci Türkiyə prezidenti Abdullah Gül də Qannuşi ilə bağlı paylaşım edib. Qannuşinin aclıq aksiyasına başladığına diqqət çəkən Gül ingilis dilindəki yazısında belə deyib: "84 yaşlı Rəşid Qannuşinin həbsxanada aclıq aksiyası keçirdiyini öyrəndim. Qannuşi hakimiyyətə gələndə demokratiyaya inandı və bunu ən yaxşı şəkildə həyata keçirdi. Belə bir adamı öz kamerasında ölümə buraxmaq böyük ayıb olardı. Onun azad edilməsinə hamı kömək etməlidir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ