Almaniya 377 milyard avroluq müdafiə planı hazırladı


Rusiya-Ukrayna müharibəsindən sonra təhlükəsizlik siyasətlərini yeniləməyə davam edən Avropa dövlətləri buna uyğun olaraq müdafiə büdcələrini artırırlar.

Turkustan.az xəbər verir ki, Politico-nun məlumatına görə, Almaniya 377 milyard avro dəyərində müdafiə satınalmalarının siyahısını tərtib edib.

Rusiya-Ukrayna müharibəsinin təsiri Avropa dövlətlərinin təhlükəsizlik siyasətlərini yenidən nəzərdən keçirməsinə səbəb oldu və bir çox ölkə müdafiə büdcələrini artıracaqlarını bəyan etdi.

SAFE proqramı kimi addımlarla Avropanın müdafiəsini gücləndirməyi qarşısına məqsəd qoyan Avropa İttifaqı (Aİ) Rusiyadan gələn təhdidlərə qarşı gücünü artırmağı hədəfləyir.

Almaniya kansleri Fridrix Merz Avropanın ən böyük adi ordusunu qurmaq məqsədini ifadə etmiş və müdafiəyə böyük büdcələrin ayrılacağını bildirmişdi.

“Politico”nun məlumatına görə, Almaniya quru, dəniz, hava və kiber məkan da daxil olmaqla müdafiəsini gücləndirmək üçün 377 milyard avro dəyərində alış siyahısı hazırlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ