Almaniyada əhalinin 66 faizi Fridrix Merz hökumətindən narazıdır - SORĞU


Almaniyada əhalinin 66 faizi Xristian Birlik Partiyaları (CDU/CSU) və Sosial Demokrat Partiyasından (SPD) ibarət koalisiya hökumətinin işindən narazıdır.

Turkustan.az xəbər verir ki, Insa ictimai rəyi araşdırma institutunun "Bild am Sonntag" üçün sifarişi ilə keçirilən sorğu nəticəsində məlum olub ki, almanların əksəriyyəti Fridrix Merz hökumətinin işindən narazıdır.

Sorğuda iştirak edənlərin 66 faizi hökumətin fəaliyyətindən razı olmadığını bildirsə də, yalnız 25 faizi onun fəaliyyətindən razı qaldığını bildirib.

İştirakçıların 49 faizi hazırkı hökumətin qanunvericilik müddətini 2029-cu ilə qədər başa çatdıra bilməyəcəyi fikrini bildirsə də, 32 faizi onu tamamlayacağı fikrini bölüşüb.

Sorğunun nəticələrinə görə, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) seçicilərin gözündə 26 faiz səslə ən güclü partiya olaraq qalır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ