Aİ-dən İsrailə mesaj: “Şərqi Qüdsdə əməliyyatlara son qoy!”


Avropa İttifaqı (Aİ) liderləri İsraili gərginliyi azaltmağa və Qərb Sahilində və Şərqi Qüdsdə qeyri-qanuni məskunlaşma fəaliyyətlərini və “hərbi əməliyyatları” dayandırmağa çağırıblar.

Turkustan.az xəbər verir ki, Aİ-nin Brüsseldə keçirilən sammitində “Yaxın Şərq” adı altında müzakirə olunan məsələlərlə bağlı yekun bəyannamə paylaşılıb.

Buna uyğun olaraq liderlər Qəzzada atəşkəs razılaşmasının əldə olunmasında iştirak edən tərəflərin rolunu yüksək qiymətləndirib və prosesdən məmnun olduqlarını bildiriblər.

Liderlər iki dövlətli həllə sadiqliklərini təkrarlayaraq, humanitar vəziyyətin yumşaldılması üçün Qəzzaya humanitar yardımın dərhal və maneəsiz çatdırılması və BMT, onun agentlikləri və humanitar təşkilatlarının müstəqil və qərəzsiz fəaliyyət göstərməsi tələblərini vurğulayıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ