Rutte: “Daimi təzyiqlərlə Putini atəşkəsə məcbur edə bilərik”


NATO-nun baş katibi Mark Rutte Putinlə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Rutte ABŞ prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi görüşdən sonra mətbuatın suallarını cavablandırıb.

Rutte Trampla görüşünün çox məhsuldar keçdiyini, NATO-nun Rusiya-Ukrayna müharibəsinin sona çatmasına necə töhfə verə biləcəyi və Putinin atəşkəsi qəbul etməsi üçün hansı addımların atılacağı ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.

Müharibənin bitməsi üçün Trampla ortaq mövqedə hərəkət etməyə hazır olduqlarını ifadə edən Rutte: “Düşünürəm ki, davamlı və qətiyyətli təzyiqlərlə Putini atəşkəs masasına oturmağa məcbur edə bilərik və bundan sonra danışıqlar başlaya bilər”-deyə, bildirib.

Rutte Tramp və Putin arasındakı təmasların atəşkəs üçün kritik ola biləcəyini ifadə edərək, "Tramp Putini oturtdurub onu yanaşmasını dəyişməyə məcbur edə biləcək yeganə liderdir. Bu prosesdə ona yer verməliyik" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ