2015-ci ildən bəri uçan avtomobil layihəsi üzərində çalışan ABŞ-ın Alef Aeronautics şirkəti elektrikli avtomobilinin “Tesla”nın üzərindən uçduğunu göstərən görüntülər paylaşaraq İlon Maska meydan oxuyub.
Turkustan.az xəbər verir ki, şirkət bu addımı Maskın yeni “Tesla Roadster” modelinin havada manevr etdiyini əks etdirən görüntülərin yayılmasından sonra atıb.
Alef Aeronautics şirkətinin baş direktoru Cim Duxovni rəqibinə ünvanladığı mesajda deyib: “Teslanı uçan avtomobil yarışına xoş gəlmisiniz. Biz 11 ildir ki, burada tək qalmışıq”.
Şirkətin “Model A” adlı avtomobili həm adi yollarda hərəkət edə, həm də şaquli şəkildə havaya qalxa bilir. Təxminən 300 min dollara satılması gözlənilən avtomobilin ilk tədarükünün ilin sonuna planlaşdırıldığı bildirilir.
Aytən Yaşar/Turkustan.az