Tramp Putinlə görüşə dair: “Vaxtımı boş yerə sərf etmək istəmirəm”


ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan, lakin təxirə salınan görüşə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, o, Ağ Evdə keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən, "Mən mənasız bir görüş keçirmək istəmirəm. Vaxtımı boş yerə sərf etmək niyyətində deyiləm", – deyə, qeyd edib.

Budapeştdə keçirilməsi planlaşdırılan, lakin sonradan təxirə salınan Putinlə zirvə görüşünə dair sualı cavablandıran Tramp hələlik yekun qərarın verilmədiyini vurğulayıb: “Hələ bir qərar verməmişik. Nə olacağını heç vaxt bilməzsiniz. Önümüzdəki iki gün ərzində nə edəcəyimizi sizə bildirəcəyik”.

ABŞ Prezidenti, Rusiya-Ukrayna müharibəsinə toxunaraq atəşkəsin hələ də mümkün olduğuna inandığını da qeyd edib.

Qeyd edək ki, Prezident Tramp ötən həftə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Budapeştdə Prezident Putinlə görüşəcəyini açıqlamışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ