Ermənistan razılaşdı: Azərbaycandan kəmərlər çəkiləcək


Gələcəkdə Azərbaycandan Naxçıvana, eləcə də Azərbaycan-Ermənistan-Türkiyə marşrutu ilə Ermənistan ərazisindən boru kəmərləri və elektrik xətləri çəkiləcək.

Turkustan.az Caliber.Az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı həmçinin bəyan edib ki, Yerevan bu gündən yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə Ermənistan ərazisindən tranzitini təmin etməyə təkcə siyasi deyil, həm də texniki cəhətdən hazırdır.

Bundan əvvəl Paşinyan yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığına görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etmişdi.


MANŞET XƏBƏRLƏRİ