Qəssam Briqadaları: Bu axşam daha iki israilli məhbusun cəsədini təhvil verəcəyik


HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları bu axşam saat 21:00-da daha iki israilli məhbusun cəsədini təhvil verəcəklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Qəssam Briqadaları verdiyi yazılı açıqlamada Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində daha iki israilli məhbusun cəsədini təhvil verəcəklərini bildirib.

Açıqlamada, "Qəssam Briqadaları, Əqsa daşqını atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində bu gün axşam saat 21:00-da dağıntılar altından çıxarılan iki israilli məhbusun cəsədlərini təhvil verəcək" deyilir.

HƏMAS daha əvvəl 14 əsirin cəsədini İsrailə təhvil vermişdi.

Qəssam Briqadaları əllərində olan bütün cəsədləri təhvil verdiklərini və Qəzzada dağıntılar altında qalan israilli məhbusların cəsədlərini çıxarmaq üçün xüsusi avadanlıqlara ehtiyac duyduqlarını açıqlayıblar.

İsrail HƏMAS-ın əlində olan bütün cəsədləri təhvil vermədiyini iddia edib.

İsrailin son 24 saat ərzində atəşkəs rejimini pozaraq Qəzza zolağında həyata keçirdiyi hücumlarda 7 fələstinli həlak olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ