"Vərəm tam müalicə olunduqda xəstə tam sağlam sayılır"


"Tam düzgün aparılan müalicə və müalicə müddətini sona qədər bitirən xəstə tam sağlam sayılır. Yəni həm klinik əlamətlər yox olur, həm vərəm mikobakteriyasının ifrazı dayanır, həm də rentgen və ya ultrasəs müayinəsində aşkarlanan əlamətlər tamamilə aradan qalxır. Belə insan tam sağlamdır".

Turkustan.az xəbər verir ki, bunları Səhiyyə Nazirliyinin instaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qeyd etdi.

Həkimin sözlərinə görə, bizim ölkədə iki cür təkrar xəstələnmə müşahidə olunur:

"Residiv - insan tam sağaldıqdan sonra yenidən vərəm mikobakteriyası ilə yoluxma halıdır. Bu halda mikobakteriyanın ştampı yoxlanılır, dərman həssaslığı müəyyən edilir və xəstəyə həssaslığına uyğun müalicə kursu təyin olunur.

Müalicənin yarımçıq qalması - bu, ən problemli hallardan biridir. Vərəm müalicəsi belədir ki, düzgün dərmanlar bir ay qəbul ediləndə insan özünü sağlam hiss edir. Lakin müalicənin tam kursunu bitirməmək, vərəm mikobakteriyasının tamamilə məhv olmamasına səbəb olur. Bu halda relaps adlanan vəziyyət yaranır, yəni xəstəlik tam yenidən yoluxma deyil, mövcud xəstəliyin aktivləşməsidir". /redaktor.az/


MANŞET XƏBƏRLƏRİ