Bu gün vəfat edən Cabir İmanov əslində kim idi? – Dosye


Xəbər verdiyimiz kimi, əməkdar artist Cabir İmanov bu gün vəfat edib.

Turkustan.az Globalinfo.az-a istinadla əməkdar artistin dosyesini təqdim edir:

İmanov Cabir Qorxmaz oğlu 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub.

O, 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub.

1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

1997-1998-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib.

1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib.

İxtisasca iqtisadçı və hüquqşünas olan Cabir İmanov 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. Vəfat etdiyi günə qədər isə DTX Mədəniyyət mərkəzinin rəisi olub.

1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN “Əsrin Çempionu” olub.

2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyoru olan C.İmanov 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

2020-ci ildə BYJABA Handmade in Azerbaijan brendini yaradıb.

Qeyd edək ki, Cabir İmanov Azərbaycanın xalq artisti, Şöhrət ordenli bəstəkar Süleyman Ələsgərovun nəvəsi, AMEA-nın müxbir üzvü, İspaniya Kral Akademiyasının üzvü, professor, İqtisad Elmləri doktoru Qorxmaz İmanovun oğlu, Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun isə qardaşıdır.

Cabir İmanov ailəli idi və 4 övladı var.

Allah rəhmət eləsin!


MANŞET XƏBƏRLƏRİ