Suriyanın Dəməşq şəhərində kütləvi məzarlıq tapılıb


Suriyanın paytaxtı Dəməşqin Duma bölgəsində içərisində 20 nəfərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb.

Turkustan.az xəbər verir ki, Dəməşq çölündə Dumanın şərqində, Tel-Əlsavan kəndində aparılan qazıntılar zamanı qadın və uşaqların qalıqları tapılıb.

Suriyanın rəsmi dövlət televiziya kanalı Əl-İhbariyyənin verdiyi xəbərə görə, Dəməşq çölündə Dumanın şərqindəki Tel Əlsəvan kəndində qrupların işi nəticəsində 20 cəsədin qalıqlarının çıxarıldığı bildirilib.

Xəbərdə Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkə daxilində aparılan axtarış və skan əməliyyatlarında oxşar kütləvi məzarlıqların üzə çıxarılmasının davam etdiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ