Kreml: Putin və Trampın Alyaska sammitində əldə etdiyi razılaşmalara sadiqik


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən sammitdə əldə olunan razılaşmalara sadiq qalırlar.

Turkustan.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Rusiyada səfərdə olan Efiopiyanın xarici işlər naziri Gedion Timoteos ilə görüşüb. Görüşdən sonra iki nazir mətbuat konfransı keçirib.

İclasda çıxış edən Lavrov Rusiya prezidenti Putin və ABŞ prezidenti Tramp arasında Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan sammitə hazırlıq prosesinə toxunub.

Lavrov dünən amerikalı həmkarı Marko Rubio ilə telefon danışığını xatırladaraq: “Putin və Tramp arasında Alyaska sammitində və telefon danışıqlarında əldə olunan razılaşmalara uyğun hərəkət etmək qərarlı olduğumuzu təsdiq etdik” deyib.

Lavrov Rubio ilə əlaqə saxlamağa razılaşdıqlarını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ