Ərdoğan Qətər Əmiri Əl Tani ilə görüşdü


Prezident Ərdoğan Qətərdə Qətər Əmiri Əl Tani ilə görüşüb. Görüşdən sonra nümayəndə heyətləri görüşəcək və birgə sazişin imzalanma mərasimi başlayacaq.

Turkustan.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Qətərə rəsmi səfəri çərçivəsində Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.

Paytaxt Dohada Əmirliklər Şurasında keçirilən özəl görüş mətbuata bağlı qapılar arxasında keçirilib.
Görüşdən sonra nümayəndə heyətləri bir araya gələcək və birgə sazişlərin imzalanma mərasimi başlayacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ