Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib.
Turkustan.az xəbər verir ki, o bu barədə Tbilisidə keçirilən V yubiley İpək Yolu Forumunda çıxışı zamanı deyib.
O həmçinin Baş nazir Əli Əsədova da təşəkkür edib.
Xatırladaq ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. /Cebheinfo.az/