Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə və müxtəlif bölgələrə endirdiyi hava hücumlarında ilkin məlumatlara görə 6 nəfər ölüb, 17 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko bəyan edib ki, Rusiya ordusu şəhərə hava zərbəsi endirib.
Kliçko bildirib ki, mövcud məlumata görə, şəhərin müxtəlif yerlərində həyata keçirilən hücumlarda 2 nəfər ölüb, 4-ü uşaq olmaqla 13 nəfər yaralanıb.
Aytən Yaşar/ Turkustan.az