Oktyabrın 22-də Serbiya parlamentinin qarşısında terror aktı baş verib.
Turkustan.az xəbər verir ki, məlumatı Prezident Aleksandar Vuçiç təsdiqləyib.
“Bu gözəl toplantını tərk etməli olduğum üçün üzr istəyirəm. Səbəb Milli Məclisin qarşısında baş verən terror aktıdır”, – o vurğulayıb.
Qeyd edək ki, bu gün 70 yaşlı kişi Belqradda Serbiya parlamentinin binası yaxınlığında Prezident Aleksandar Vuçiç tərəfdarlarına məxsus çadıra atəş açıb və yandırıb. Həmin şəxs 57 yaşlı vətəndaşı güllələyib, onu bud nahiyəsindən yaralayıb. /Globalinfo.az/