Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün illərlə gözləməli olur. Maraqlıdır, gələcəkdə vəfat edən şəxsin sosial sığorta hesabında toplanan vəsaitin müəyyən hissəsinin ailəsinə əvvəlcədən ödənilməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, hazırkı şəraitdə bununla bağlı hüquqi mexanizmin formalaşdırılması ehtimalı çox azdır:
“İndiki şərtlər daxilində hökumətin bu istiqamətdəki təşəbbüslərə münasibətini, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərcləri arasında disbalansın davam etməsini, həmçinin əmək bazarının leqallaşması istiqamətində ciddi nəticələrin əldə edilməsi ehtimalının aşağı olmasını nəzərə alaraq, növbəti 5 ilə qədər dövrdə vəfat edən şəxsin pensiya kapitalının ailə üzvlərinə birdəfəlik ödənilməsi imkanını çox aşağı qiymətləndirirəm”.
Ekspertin sözlərinə görə, uzunmü
“Orta müddətli xərclər çərçivəsi sənədində verilən mesajlardan da görünür ki, hökumət uzunmüddətli dövrdə DSMF-nin gəlirləri və xərcləri arasında fərqin artmasının, eləcə də yaşlı nəslin sayının çoxalmasının qarşısını almağa yönəlmiş siyasət yürütməkdə daha çox maraqlıdır. Bu səbəbdən yaxın dövrdə belə bir təşəbbüsün reallaşması real görünmür”.